6 yaşlı qızı avtomobil vurdu - Ağdamda





Ağdamda 6 yaşlı məktəblini maşın vurub. APA-nın Qarabağ müxbirinin xəbərinə görə, hadisə Quzanlı qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Elgün Təhməzlinin idarə etdiyi "VAZ 2106” markalı, 02 BN 358 dövlət nömrə nişanlı maşınla 6 yaşlı məktəbli Məmmədova Zəhra Mayis qızını vurduqdan sonra avtomobili daş hasara çırpıb.
Xəsarət alan azyaşlı və sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Yaxınlarının APA-ya verdiyi xəbərə görə, xəsarət alan qızın vəziyyəti orta-ağırdır.
Hadisə yerinə gələn polis əməkdaşlarının araşdırması zamanı məlum olub ki, E. Təhməzlinin idarə etdiyi maşın onun dayısı Vüqar Allahverdiyevə məxsusdur.
Faktla bağlı araşdırma davam edir.