“Atamı tanıya bilmədim”

Dilqəmin oğlu: “Vəziyyəti çox pisdir. Bir dəri qalıb, bir sümük”



Kəlbəcərdə doğmalarının qəbrini ziyarət edən zaman erməni işğalçılar tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının səhhətindən narahatdır.

Onun ANS PRESS-ə verdiyi məlumata görə, Dilqəm Əsgərovla heç bir beynəlxalq təşkilat maraqlanmır. "4 aydır atama çörək vermirlər. Televiziyada görəndə onu tanımadım. Çox dəyişib, arıqlayıb. Hiss olunur ki, səhhətində böyük problemlər var”, - deyə Kürdoğlu bildirib.

Onun sözlərinə görə, dəfələrlə beynəlxalq təşkilatlara müraciət edilsə də, konkret heç bir addım atılmayıb. "Atamın vəziyyəti çox pisdir. Bir dəri qalıb, bir sümük. Hara baxır beynəlxalq təşkilatlar? Nə istəyirlər? İstəyirlər öldürsünlər?”, - deyə Kürdoğlu Əsgərov bildirib.