Jurnalist Prezidentə təşəkkür etdi: "Kredit borcundan insanlar çox əziyyət çəkirdi"



"Azərbaycan Prezidenti hər zaman olduğu kimi yenə də sadə insanları - vətəndaşları düşündüyünü göstərdi”. Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Problemli kreditlər məsələsinin bir çox insanın narahatlığına səbəb olduğunu vurğulayan A. Həsrət deyib ki, indi məsələ çox qısa müddət ərzində, insanların faydasına çözüləcək: 

"Düşünürəm ki, cənab Prezident bir daha göstərdi ki, o, hər bir sadə azərbaycanlının ən adi problemini belə şəxsi problemi kimi qəbul edir, həllinə çalışır. Əlbəttə, buna görə cənab Prezidentə yalnız təşəkkür etmək olar”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Fərman dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədi daşıyır. Fərmandan irəli gələn nəticələr ondan ibarətdir ki, bu, fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra 10 min dollara qədər olan kreditlərinə şamil ediləcək. Birinci devalvasiyadan sonra 0.78 məzənnəsi ilə götürülən kreditlərin məzənnə fərqini dövlət öz üzərinə götürəcək".

Şəymən