Prezidentin maşınına ərəb şeyxi 1 milyon dollar verir

Dünyanın ən yoxsul prezidenti isə üç ayağı olan itini həkimə aparmaq üçün bu maşının lazım olduğunu deyib və təklifdən imtina edib








  
Dünyanın ən yoxsul prezidenti olan Jose Mujikanın maşınına müştəri tapılıb. Uruqvay prezidentinin 1987-ci il istehsalı olan "Volkswagen"inə ərəb şeyxinin 1 milyon dollar təklif etdiyini deyib.
"Busqueda" jurnalına açıqlama verən 79 yaşlı prezident belə deyib. "Bir ərəb şeyxi mənə zəng edib mavi "Vosvos"um üçün 1 milyon dollar verməyə hazır olduğunu dedi. Əvvəll ciddi qəbul etmədim. Sonra yenidən zəng elədi".
Mujika maşının ona üç ayağı olan itini həkimə aparmaq üçün lazım olduğunu deyib. Xalq arasında Pepe adlandırılan prezident gələcəkdə belə niyyəti olarsa əldə edəcəyi pulu evsizlərə mənzil tikmək üçün istifadə edəcəyini deyib.
Qeyd edək ki, Uruqvay prezidenti prezident sarayı yerinə balaca bir daxmada yaşayır. Onun həyat tərzi başqa prezidentlərdən kəskin fərqlənir.(anspress)
Mujika 2010-cu ildə sərvəti barədə açıqlama vermiş və cəmi 800 dollar pulu olduğunu demişdi. O, 12 min dollar olan maaaşının demək olar ki, hamısını yoxsullara paylayır.
Onun vəzifə səlahiyyəti gələn il martın 1-də bitəcək. 79 yaşlı prezidentin rəhbərlik etdiyi ölkə həyat səviyyəsinə görə, dünyada 19-cudur. Uruqvay həm də Latın Amerikası ölkələri içərisində ən az cinayət işlənən ölkədir.