Həbsdən yeni çıxmışdı

Qızın üzünü yeyərkən tutuldu!






Qorxunc hadisə, İngiltərənin Cənub Vales bölgəsində bir oteldə baş verib. Kokainli haldaykən qızı Hannibal filmini xatırladan şəkildə öldürən adam, polis tərəfindən elektroşokla təsirsiz hala gətirildikdən sonra öldü.

34 yaşında olan, şəxsiyyəti polis tərəfindən verilməyən, amma yerli sakinlər tərəfindən adının Matthew Williams olduğu ifadə edilən adam, 22 yaşındakı qurbanının gözlərini canlı-canlı yedi.

Şahidlər, adamın kokainin təsiri altında cinayəti işlədiyini qarşıya qoydu. Otelin çox yaxınında yaşayan Lyn Beasley ifadəsində, "Qadına tam bir hannibal Lecter kimi yaxınlaşdı. Qızın bir gözünü və sifətinin yarısını yedi” dedi və "həbsdən yeni çıxmışdı və kokain istifadə edirdi” deyə əlavə etdi. Bir başqa hal şahidi olan Jill Edvards da "Təhlükəsizlik işçisi ona otağa qadın götürməməsi lazım olduğunu söyləmişdi, daha sonra qapısını döydülər, açmayınca içəri girdilər və qızın sifətini yeyərkən tutdular” deyə danışdı. Otağa girdiyində qorxunc mənzərəylə qarşılaşan polis, elektroşokla müdaxilə etdiyi şübhəlini öldürdü. Williams, iki həftə əvvəl yoldaşına hücum etdiyindən ötəri girdiyi həbsdən yeni çıxmışdı.