Qisas üçün 7 İŞİD-çinin başını kəsdilər




İraqın Fəlluca şəhərində İŞİD-lə döyüşdə öldürülən şiə döyüşçünün dostları mərhumun evinə 7 İŞİD döyüşçüsünün kəsilmiş başını göndərib. Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyə mediası BasNews-a istinadən məlumat yayıb.
Bəşir Şelan adlı şiə döyüşçünün Bəsrə şəhərinin Təmimiyə qəsəbəsində yerləşən evinə göndərilən kəsik başları görən ev sahibləri şadyanalıq etməyə başlayıb.