Ukrayna işğalla barışdı: "Ukrayna Donbası indi deyil, bir neçə ilə geri qaytaracaq"






 Ukrayna cənub-şərqini, Donbası indi deyil, bir neçə ilə geri qaytaracaq.
ANS PRESS-in məlumatına görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəisinin müşaviri Markiyan Lubkivski açıqlama verib.
Onun sözlərinə görə, Ukrayna Donbası 4-5 ildən sonra qaytara biləcək.
"Çətin ki, Donbass yaxın illərdə geri qaytarılsın. Çünki vəziyyətimiz çox ağırdır", deyə Lubkivski bildirib.
Qeyd edək ki, noyabrın 2-də qondarma Donetsk və Luqansk respublikalarında prezident və parlament seçkiləri keçirilmişdi. Rusiya bu seçkilərin nəticələrini tanısa da ABŞ və Avropa ölkələri seçkiləri qeyri legitim adlandırmışdı.