Rusiya İran üçün iki nüvə reaktoru tikəcək




 Rusiya İran üçün iki nüvə reaktoru tikəcək.
ANS PRESS-in məlumatına görə, bu gün Moskvada imzalanan sənədlər Rusiya tərəfdən İranda daha 8 reaktorun tikilməsini nəzərdə tutur. 2 ölkə arasında bağlanmış sazişdə Buşehr nüvə stansiyasında iki reaktorun qurulması və gələcəkdə nüvə reaktorlarının sayının 4-ə çatdırılması qeyd olunub.
Qeyd edək ki, Rusiya İranda Buşehrdə ilk nüvə reaktorunu 2011-ci ildə qurub.
Qərb ölkələri İranda nüvə reaktorlarının tikilməsindən narahatlıqlarını bildiriblər.