“Hər şey vətandaşlarımızın daha yaxşı yaşaması üçündür”





"Azərbaycanda son günlər əhalinin rifahının yaxşılaşdırılması istiqamətində islahatlar aparılır”.

Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib.

Gənc ekspert bidirib ki, dövlət başçısı vətəndaşları narahat edən ən xırda məsələyə belə dərhal reaksiya verir, bununla bağlı öz mövqeyini ortaya qoyur:

"Uzun müddətdir müzakirə mövzusu olan problemli kreditlərin bir fərmanla öz həllini tapması bunun bariz nümunəsidir. Zəlzələdən zərər çəkmiş bölgələrə səfər edərək görülən işləri yerində müşahidə etməsi cənab Prezidentin vətəndaşların problemlərinin həllində necə həssas olduğunun gösdəricisidir. 

Azərbaycanın hər bir vətandaşı dövlətin qayğısı ilə əhatə olunur. Artıq ölkəmiz sosial rifah dövlətinə çevrilmək yolunda mətin addımlarla irəliləyir. Tibbi sığorta sisteminə keçidlə bağlı qəbul edilən qərar bunun bariz nümunəsidir. 

Dövlət başçısının siyasəti konkretdir. Hər şey Azərbaycan vətandaşının rifahı, onun daha yaxşı yaşaması üçündür. Dövlətimiz üçün hər şeydən öncə vətandaşların rahatlılığı, onların problemlərinin həlli gəlir”.

İsmayıl