Əməliyyat boyunca anasının yanından ayrılmadı





Danimarkanın Aalborq şəhərindəki zooparkında bala bir şimpanze, anasının dişinə edilən cərrahi müdaxilə zamanı onun yanından bir saniyə belə ayrılmadı.
40 yaşında və adı Jutta olan bir şimpanzenin iki dişini qırması nəticəsində zoopark baytarları Jutta üzərində əməliyyat etməyə qərar verdi. Lakin Juttanın dişi balası Myin, anasından ayrılmağı rədd etməsi sonrası baytarlar əməliyyat zamanı bala şimpanzenin də anasının yanında qalmasına icazə verdi.
Baytar Trine Hammer Jensen, əməliyyat əvvəli gərgin olan körpə şimpanzenin Juttaya narkoz verilən anda anasını qoruduğunu ifadə edərək, "Əməliyyata qərar verdiyimizdə Myin anasının yanında oldu və bizdə bu şəkildə əməliyyatı reallaşdıra biləcəyimizə qərar verdik" dedi.
Əməliyyatın müvəffəqiyyətli keçdiyini də ifadə edən Jensen, körpə və ana şimpanzenin vəziyyətlərinin yaxşı olduğunu ifadə etdi.