800 kiloqramlıq köpək balığı tutuldu

3 gün sərgiləndikdən sonra xərçəng olan xəstələrə ödənişsiz paylanacaq



Türkiyənin Üsküdar bölgəsində, balıqçıların torlarına 800 kiloqramlıq köpək balığı ilişdi. Balıqçı dəzgahında sərgilənən köpək balığı vətəndaşların böyük marağına səbəb olub.
Gəmiylə balıq ovlayan Müzəffər Balçı ilə yoldaşları, atdıqları toru yığdıqları zaman nəhəng bir köpək balığının tora ilişdiyini fərq ediblər. Balçı və yoldaşları, nəhəng köpək balığını çətinliklə gəmiyə çıxarıb. 3.5 metr boyunda, 800 kiloqram ağırlığındakı Pambıq cinsli köpək balığı Müzəffər Balçının Yarmalıdakı balıqçı dükanında sərgiləndi. Balıqçının önündəki nəhəng köpək balığını görən vətəndaşlar, təəccüblərini  gizlədə bilməyiblər. Bəzi vətəndaşlar köpək balığıyla xatirə şəkili çəkdirib.(milliyyət)
Köpək balığını tutan  Müzəffər Balçı bunları söyləyib: Bunu dükanımızda 2-3 gün sərgiləyəcəyik, daha sonra xərçəngli olan xəstələrə ödənişsiz paylayacağıq, hər kəsə 1 kq. Xərçəngə qarşı yaxşı dərman olduğu deyilir. Çox faydalı bir pambıq cinsindən olan  köpək balığı təxminən 800 kiloqramdır"