İŞİD və "Əl Nusra" birləşib








Suriyada iki əsas terror təşkilatının birləşdiyi iddia edilib. Lent.az-ın məlumatına görə, İŞİD və "Əl Nusra" terror təşkilatı Kobani şəhəri üçün birləşməyi və birgə əməliyyat aparmağı qərara alıb. "Associad Press" agentliyində yer alan iddiada bildirilir ki, noyabr 2-də hər iki terror təşkilatının rəhbərliyi arasında Hələb şəhəri yaxınlığında yerləşən Aterab kəndində görüş keçirilib. Gecə saatlarında başlayan görüş 4 saat çəkib. Uzun müddətli danışıqlar nəticəsində ittifaq bağlanıb.
İttifaqın bağlanmasını İŞİD-in 3 aydan artıq müddətdə Kobanini işğal edə bilməməsi və çoxlu itki verməsi zəruri edib. ABŞ və müttəfiq qoşunlarına qarşı döyüşən terror təşkilatnın böyük güc itirdiyi qeyd olunur.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın havadan hücumu zamanı Əl- Bağdadinin maşın karvanını vurulduğunu və İŞİD- liderinin öldürülməsi iddia olunub.