Ermənilərə baş çəkildi

Komitə onlardan yaxınlarına çatdırmaq üçün məktub alıb



Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Bakı nümayəndələyi Azərbaycanda olan 5 nəfərlik erməni ailəsinə baş çəkib.
Bu barədə ANS PRESS-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Yeqişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyandan ibarət beş nəfərlik ailəyə ilə görüşdə ailəyə məktub verilib və onlardan da yaxınlarına çatdırılması üçün məktub alınıb.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü Yeqişe Gevorkyan ailəsi ilə birlikdə 2010-cu il yanvarın 10-u Azərbaycan ərazisinə keçib.