47 ildən sonra: Çe Gevaranın heç yerdə görmədiyiniz şəkilləri

Komandosun cansız bədəninin şəkilləri ölkədən gizli çıxarılıb

 Kuba inqilabının liderlərindən olan Çe Gevaranın 47 ildən sonra yeni şəkilləri ortaya çıxıb.
Çe Gevara Latın Amerikada inqilab ideayasını reallaşdırmaq üçün Cənubi Amerikaya getmişdi.
O, Kuba səhiyyə naziri kreslosunu buraxaraq partizan mübarizəsinə başlamışdı. O, 1967-ci il tarixdə Boliviya ordusu tərəfindən öldürüldü.
Onun ölümündən sonrakı bəzi fotoşəkilləri ilk dəfə nümayiş olunub. Şəkli fransız xəbər agentliyi AFP-nin Bolivya foto müxbiri Mark Hutten çəkib. Morqda Çenin fotoşəkillərini çəkən müxbir Boliviya məmurlarınan şəkilləri əlindən alacağından qorxub. Onları Boliviyada missionerlik edən Luis Kuarteroya verib. 1967-ci ildə Bolivyadan ölkəsi İspaniyaya dönən missioner Luis Kuartero şəkilləri özü ilə gətirib. (anspress) Onun bacısı oğlu İmanol Arteqa şəkilləri indi təqdim edib. AFP-dən Silvain Estibal fransız foto müxbiri Mark Huttenin Çe Gevaranın cansız bədəninin fotoşəkillərini çəkdiyini təsdiqləyib.