Talesiz gənc...

Damdan düşən adamın iç orqanına bel sapı girdi








































ABŞ-ın Ohayo əyalətində, evinin damından düşən adamın başına ən qəribə qəza gəldi. Damdan düşməsi bir yana adamın iç orqanına bel sapı girdi. Bir televiziya proqramında izah edilən hadisə həkimləri belə təəccübləndirdi. Talesiz adamı bel sapından qurtaran qrupun başında olan Dr. Kevin Klauer ağılasığmaz qəzanı belə izah etdi: "Həyatımda belə bir şey görmədim. Peşə həyatım boyunca başıma gələn ən çətin və ən maraqlı hadisə idi. Tibb fakültələrində adamın arxasına bel sapı girmiş bir xəstəni necə müalicə edərsiniz deyə bir təhsil vermirlər” Xəstənin gəldiyi zaman çox qan itirdiyini, ölm riskinin də yüksək olduğunu söyləyən həkim bel sapının xəstənin iç orqanlarına da batmasından qorxduqlarını izah etdi. Çətin əməliyyatdan sonra xəstədən bel sapı çıxarıldı. Talesiz gənc 2 həftə xəstəxanada qaldıqdan sonra buraxıldı.