Dəhşətli görüntü...

Pitbullun hücumuna məruz qalan ata və qızı yaralandı



Çanaqqalada 6 yaşlı qızı Dərya ilə yolla gedən Burhan Dəmirbaşa, iddiaya görə Pitbull cinsindən olan bir it hücum etdi. Sahibinin də yanında olduğu it, ata və qızını ayaqlarından yaraladı. Ətrafdakı vətəndaşlar, vəziyyəti 112 və polis qruplarına bildirdi. Hadisə yerinə gələn sağlamlıq qrupları, ayaqlarından yaralanan ata və qızını xəstəxanaya apardı. Polis, ata və qızına hücum edən pitbull cinsli itin sahibi Sinan Yi bir neçə küçə irəlidə dayandırdı. Sinan Y, ifadə üçün onu polis bölməsinə dəvət edən polislərə müqavimət göstərdi. İtini də təslim etmək istəməyən Sinan Y, bir müddət polis məmurlarıyla mübahisə etdikdən sonra, itiylə birlikdə həmin yerdən uzaqlaşdı. Səlahiyyətlilər, itin sahibi haqqında tədbir görüləcəyini söylədi.