Prezident 20 nömərli məktəbin tikintisinə 5 milyon manat ayırdı





Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etməlidir.