Bakıda dəniz sahilində dəhşət: dalğalar qadın meyiti gətirdi

Ölən şəxsin kimliyi məlum deyil



Bakıda naməlum qadın meyiti tapılıb. Lent.az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, Bakı-Ələt magistralının kənarında baş verib. Dəniz sahilindən, yoldan təxminən 20 metr aralıda 25-30 yaşlı qadına məxsus meyit tapılıb. Məlum olub ki, dənizdə boğulan qadının meyitini dalğalar sahilə çıxarıb.
Ölən şəxsin kimliyi məlum deyil. Qadının bədbəxt hadisə nəticəsində ölməsi və ya intihar etməsi də bilinmir.
Faktla bağlı araşdırma aparılır.