Bakıda iki nəfər yanaraq öldü






Bakıda yanıq xəsarətləri almış iki nəfər xəstəxanada ölüb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 12-də yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş Bakı şəhər sakini Əziz Kərimov noyabrın 16-da orada ölüb. Bundan başqa noyabrın 15-də Səbail rayon sakini Nazilə Yedizarova evindən termiki yanıq (isti su) xəsarəti ilə xəstəxanaya gətirilib və noyabrın 16-da ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.