3-cü mərtəbədən yıxılan uşaq sağ qaldı





 Ötən gün Bakıda 13 yaşlı uşaq 3-cü mərtəbədən yıxılıb.
ANS PRESS-in məlumatına görə, hadisə Binə Südçülük Savxozu ərazisində baş verib.
Ehtiyatsızlıqdan 13 yaşlı Anr Muradov pəncərədən düşüb. Onu ağır vəziyyətdə xəstəxanaya aparıblar. Hazırda uşaq xəstəxanada müalicə olunur.
Digər hadisə Xətai rayonunda qeydə alınıb. Gəncə Prospekti 11 A. Ünvanında yaşayan Fuad Mahmudov 2-ci mərtəbədən yıxılıb. Onu da ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.