Gürcü Bakıda girov götürüldü

Rəfayel Xubalaşvilinin ailəsindən 10.000 manat pul tələb ediblər



 Gürcüstan vətəndaşı Bakıda girov götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polisin sayəsində girov götürənlər saxlanılıb. Əməliyyat Baş Cinayət-Axtarış və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri və Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Georgi Qatanadze, Teymurazi Kobaxidze, Mogeli Gelaşvili və Bakı şəhər sakini Rəfayel Xubalaşvili tutulublar.
Məlum olub ki, onlar noyabrın 11-dən 14-dək olan müddətdə həmyerliləri, Gürcüstan vətəndaşı Boris Maçaidzeni Bakı şəhəri ərazisindəki müxtəlif evlərdə girov saxlayıb öldürəcəklərilə hədələyərək buraxılması müqabilində ailə üzvlərindən 10.000 manat tələb ediblər.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.