"65 min abituriyentin 53 mini ikinci dəfə imtahana qatılıb" - Məleykə Abbaszadə





"Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbul imtahanlarının birinci mərhələsində iştirak edən 65 min abituriyentin 53 mini ikinci dəfə də imtahana qatılıb". 

Sherg.az xəbər verir ki, bu barədə DİM sədri Məleykə Abbaszadə Xəzər TV-nin "Gündəm" proqramına müsahibəsi zamanı bildirib. 

O, qeyd edib ki, ikinci dəfə iştirak etmələri üçün həmin abituriyentləri kimsə məcbur etməyib. Onlar özlərini növbəti dəfə sınamaq istəyib: 

"Bilirik ki, birinci imtahan dövlət tərəfindən ödənilir, lakin ikincini abituriyentin özü ödəməlidir. Görünür, bu ödəniş insanlara elə də mənfi təsir göstərməyib. İkinci imtahan üçün yazılanların arasında yüksək nailiyyətlər əldə edənlər də vardı. İkinci imtahana yazılamyanlar isə çox aşağı nəticə göstərənlər olub".

Ayyət Əhməd