Bəxtiyar Hacıyev Azərbaycandan getdi: "Kiminsə haqqı qalıbsa, haqqını halal etsin"





Gənc fəal Bəxtiyar Hacıyev Azərbaycandan gedib. Lent.az-ın məlumatına görə, bu barədə Bəxtiyarın özü Facebook səhifəsində bildirib. "Evdə əşyaları toplamaq, yaxınlar və dostlarla bir çox xoş xatirələri arxada buraxmaq, "bəlkə bu dağlara bir də gəlmədim" əhvalında şəhərə baxmaq asan deyildi. Kiminsə haqqı qalıbsa, haqqını halal etsin, bilmədən xətrinə dəymişəmsə, üzrlü saysın" deyə Hacıyev bildirib.