Ankara Universitetində qarşıdurma: Tədrisə 3 gün müddətə ara verilib







Ankara Universitetinin dil, tarix və coğrafiya fakültəsində üstlərini yoxlatmaq istəməyən tələbələrlə polis arasında gərginlik yaşanıb.
AzNews.az xəbər verir ki, nəticədə xeyli sayda tələbə nəzarətə götürülüb. Nəticədə tədrisə 3 gün müddətlə ara verilib.
Polisə müqavimət göstərən tələbələr ərazidən gözyaşardıcı qazla çıxarılıb.
Fakültədə gərginlik yaşanarkən çevik polisinin əməkdaşları Universitetin binasında olan insanları evakuasiya edib.