“Rusiya bu gün bir söz deyir, sonra isə...”







Bu gün prezident Petro Poroşenko Ukraynanın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib.
"Qafqazinfo" РИА-Новости -yə istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Almaniyanın "Bild" nəşrinə verdiyi müsahibədə deyib: "Mən Rusiya ilə müharibədən qorxmuram. Bizim ordunun cari vəziyyəti daha yaxşıdır və bütün dünya bizi dəstəkləyir. Təbii ki, biz yalnız sülh istəyirik, amma hər şeyə hazır olmalıyıq. Bundan əlavə, müharibə etmək fikirimiz də yoxdu, lakin Rusiya verdiyi vədlərə riayət etmir. Ukrayna bütün müqavilələrin şərtləriylə razılaşıb, amma Rusiya bu gün bir söz deyir, sonra isə tamam başqa cür hərəkət edir".