Bakı meriyası 11 partiyanın piketinə razılıq vermədi





Bakı Şəhər İcra Hakimiyyəti Demokratiya və İnsan Haqları Mərkəzinə daxil olan partiyaların noyabrın 19-na təyin etdiyi piketlə bağlı müraciətə cavab verib.

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanov APA-ya açıqlamasında deyib ki, müraciət "Sərbəst toplaşmaq haqqında” qanunun 5-ci maddəsinə cavab vermədiyindən piket məqsədəuyğun hesab edilməyib.

Demokratiya və İnsan Haqları Mərkəzi "Siyasi məhbuslar qeyd-şərtsiz azad edilsin” şüarı ilə piket keçirmək istəyir. Bu qurumda Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Liberal Demokrat, Vətəndaş və İnkişaf, Aydınlar, Böyük Azərbaycan, Xalq, Azad Demokrat partiyaları təmsil olunur.