Hikmət Hacızadə Müsavatdan istefa verdi




Müsavat Partiyasının tanınmış simalarından olan Hikmət Hacızadə bu təşkilatdan istefa verib. Bu xəbəri Hikmət Hacızadə Facebookdakı statusunda yayıb.
"Yazıb sizə bildirirəm ki, partiyamızda Söz Azadlığının kobud və birtərəfli pozulmasına və fərqli fikrə düzümsüzlük kampaniyasına etiraz olaraq Müsavat Partiyasının üzvlüyündən istefa verirəm. Partiyada qalan qəlbən azad və fədakar insanlara mübarizələrində uğurlar arzulayıram."