Gürcüstan ABŞ-a üz tutdu

Vaşinqton Gürcüstanı silahlandırmağa hazırlaşır


 Gürcüstan ABŞ-dan silah alınması ilə bağlı danışıqlar aparır.
ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanda səfərdə olan ABŞ ordu generalı Frederik Hodges açıqlama verib.
ABŞ hərbi qüvvələrinin komandanı bildirib ki, danışıqların nəticə verəcəyi barədə danışmaq tez olsa da, rəsmi Tiflisə müdafiə silahlarının satılması vacibdir.
Gürcü müdafiə naziri ilə görüşən ABŞ qoşunlarının Avropa komandanı Gürcüstanın müdafiə imkanlarının gücləndirilməsi istiqamətində ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirə edildiyini deyib.