Burada heç vaxt xərçəng xəstəsi olmur

Elm adamları onları araşdırır
























































                             Hunza türklərinin kökü Hun türklərindən gəlir. Pakistan və Hindistan sərhədində yaşayan bu insanların çox maraqlı bir xüsusiyyəti var.

Tamam müsəlman olan Hunza türkləri ortalama 110-120 il yaşayır. Burada 65 yaş yolun yarısı sayılır. ..Qadınlar 65-70 yaş arasında ana olur. 100 yaşında ölənlərə "gənc öldü” deyilir. Hunza türklərinin çox maraqlı bir tərəfi də burada heç vaxt xərçəng xəstəsinin olmamasıdır. Bu türklər xərçəngə tutulmadıqları kimi çox rast gəlinən digər xəstəliklər də tapmırlar. Bunun səbəbi dənizdən 6 min metr yüksəklikdə çox yüksək oksigeni olan bir bölgədə yaşamalarıdır. Buz kimi təmiz su içib özlərinin əkib biçdiklərini yeyirlər. Hunza türklərinin ət və ədviyyatlı yeməkləri çox məşhurdur və yalnız öz becərdikləri tərəvəz və meyvələri istehlak edirlər.