Azərbaycandakı əsir yenidən erməni ordusunun sıralarına qoşuldu






Bir ildən çox Azərbaycanda əsirlikdə olan və öz istəyi ilə üçüncü ölkəyə təhvil verilmiş Ermənistan ordusunun əsgəri Akop İnciqulyan hərbi xidmətini davam etdirir.
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu ErmənistanMüdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovanisyan deyib.
O bildirib ki, A. İnciqulyan evinin yaxınlığındakı hərbi hissədə xidmət keçməyə davam edəcək.
Qeyd edək ki, A. İnciqulyan Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verdikdən sonra bu il oktyabrın 2-də Ermənistana qayıdıb.