"3 milyon avro Fatih Terimin kef etməsi üçün verilməyib"

Fatih Terim sərt tənqid olundu



Türkiyədə Gənclər və İdman Nazirliyinin büdcəsi müzakirə olunan zaman Fatih Terim sərt tənqid olunub.
ANS PRESS-in məlumatına görə, CHP-nin Ankaradan olan millət vəkili Bülent Kuşoğlu bildirib ki, Braziliya ilə yoldaşlıq oyunu üçün Türkiyə Futbol Federasiyası 3 milyon avro ödəyib: "Bu pullar Fatih Terimin kefi üçün verilməyib".
MHP-nin Manisadan olan millət vəkili Erkan Akçay prezident Rəcəb Tayyib Ərdoğan Braziliyaya məğlubiyyətdən sonra Fatih Terimi dəstəklənməsinə qarşı çıxıb: "Ərdoğan deyir ki, "çıxsın Fatih Terimmi oynasın". Onda Ərdoğan özü çıxsın oynasın".

MHP-li millət vəkilinin bu sözləri hakim partiyanın deputatlarını etirazına səbəb olub. Onlar "Bahçeli oynasın, desək uyğun olarmı?" reaksiyasını veriblər.

Bülent Kuşoğlu Türkiyənin son illərdə idmanda uğur qazana bilməməsindən danışıb: "İdmana böyük həcmdə pul xərclənir. Amma idmanımız ölkədən kənara çıxa bilmir. Braziliyaya 3 milyon avro verdik. Bir çox klub bu pulu yuxusunda belə görə bilməz".