Putin: ABŞ Rusiyanı alçaltmaq yox, tabe etmək istəyir, lakin bu baş verməyəcək







 "ABŞ Rusiyanı alçaltmaq yox, tabe etmək istəyir, lakin bu heç vaxt heç kimdə alınmayıb və alınmayacaq”.

APA-nın "RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Rusiyanı alçaltmaq niyyəti ilə bağlı suala cavabında bildirib: "Onlar bizi alçaltmaq istəmir, onlar bizi tabe etmək istəyir. Bizim hesabımıza öz problemlərini həll etmək istəyirlər, bizi öz təsirləri altına salmaq istəyirlər. Tarixdə bu heç vaxt heç kimdə alınmayıb və alınmayacaq”.
Putinin sözlərinə görə, ABŞ öz müttəfiqlərini təsiri altına ala bilir: "Bu ona görə belə olur ki, ABŞ-ın müttəfiqlərinin əksəriyyəti öz milli maraqlarına zidd olaraq, anlaşılmayan əsaslarla və müəmmalı perspektivlərlə özgələrin milli maraqlarını qorumağa cəhd edirlər”.