Kasprşik vertolyot düşən yerə getdi

Bu barədə ATƏT-in mətbuat xidməti açıqlama verib



ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ötən həftə Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulan Ermənistan hərbi helikopterinin düşdüyü əraziyə gedib.
Bu barədə ATƏT-in mətbuat xidməti xəbər yayıb.
"Səfir Kasprşik qəzanın baş verdiyi rayona baş çəkib", -deyə mətbuat xidmətinin əməkdaşı Mersixa Kauzeviç-Podziç bildirib.
O əlavə edib ki, səfər zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri noyabrın 12-də qoşunların təmas xəttini keçib mövqelərimizi atəşə tutmağa cəhd edən Ermənistan ordusuna məxsus Mİ-24 helikopterini vurub. Düşmən helikopteri qoşunların təmas xəttində neytral əraziyə düşüb. Hadisə nəticəsində 3 pilot ölüb.