“Dövlət Kəlbəcər girovlarının probleminin diplomatik yolla həllinə çalışır”




"Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevlə Dilqəm Əsgərov hər hansı cinayət əməli törətməyiblər”.
APA-nın məlumatına görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. R. Rzayev bildirib ki, Azərbaycan dövləti diplomatik yollarla bu məsələni həll etməyə çalışır.