66 min məntəqədə 47 milyon seçici səs verəcək - Fransada




Fransada Prezident seçkilərinin birinci mərhələsi ilə bağlı səsvermə prosesi artıq start götürüb. Bu gün Fransa saatı ilə səhər saat 8-dən etibarən səsvermə məntəqələri açılıb.

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, 66 min səsvermə məntəqəsində 47 milyon fransalının səsverəcəyi gözlənilir. Məlumatda o da qeyd olunur ki, sesvermə saat 19 :00-a qədər davam edəcək. Hətta bəzi iri şəhərlərdə nəticələrin bəyan olması riskini azaltmaq üçün bəzi səsvermə məntəqələri saat 20:00-a qədər açıq olacaq.

Qeyd edək ki, bu gün Fransada güc strukturları gücləndirilmiş iş rejiminə keçib. Səsverməyə nəzarət üçün 50 min polis nəfəri, 7 min əmliyyatçı hərbiçi cəlb olunub.  

Ayyət Əhməd