Bayden bizə mühüm jest elədi: Bakı-Tiflis-Ceyhan Azərbaycanın liderliyi ilə baş tutub





"Amerika Birləşmiş Ştatları üçün Bakı-Tiflis-Ceyhan boru kəməri layihəsi çox əhəmiyyətlidir."
ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, bunu bu gün İstanbulda keçirilən energetika sammitində ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib.

O deyib: "Əvvəllər heç kim inanmırdı ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu genişmiqyaslı, beynəlxalq layihəni reallaşdırmağı bacaracaq."

C.Bayden diqqətə çatdırıb ki, neft kəmərinin tikintisi Azərbaycanın liderliyi ilə baş tutub.