“İtalyan tətili” ilə bağlı Ərdoğandan göstəriş gəldi

Ərdoğan hökumət nümyəndələrinə aviadispetçerlərin “İtalyan tətili” aksiyası ilə məşğul olmağı tapşırıb.

Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, iyulun 23-də Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının icraiyyə komitəsinin iclasında Türkiyənin turizm naziri Mehmet Nuri Ərsoy bildirib ki, aviadispetçerlər tərəfindən dəfələrlə həyata keçirilən tətillər nəticəsində gün ərzində ən azı 30 xarici reys gecikir. Bu, sənaye turizminə mənfi təsir göstərir və maliyyə itkilərinə səbəb olur.

Qeyd olunub ki, problem daha çox Antalya Beynəlxalq Hava Limanı və İstanbul Sabiha Gökçen Hava Limanında qeydə alınıb.

Türkiyə lideri cavab olaraq problemi dərhal həll etməyi və günahkarların cəzalandırılmasını tapşırıb. Vəziyyəti həll etmək Respublika Nəqliyyat Nazirliyinin rəhbəri Abdulqadir Uraloğluna həvalə edilib.

Qeyd edək ki, iyun və iyul aylarında Türkiyənin aviadispetçerləri İtaliya tətili və ya “Təşəbbüssüz İş” adlanan aksiya keçirərək, maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Bu isə uçuşların qəbulu və yola salınmasında gecikmələrə səbəb olub. Hakimiyyət onların tələblərini nəzərə almadığı üçün onlar yeni “İtalyan tətili” elan etmək qərarına gəliblər.