"Sinaloa" narkokartelinin qurucusu "El Mayo" ABŞ-də ələ keçirilib- FOTO

Meksikanın “Sinaloa” narkokartelinin yaradıcısı “El Mayo” ABŞ-də tutulub.
Sherg.az xəbər verir ki, ABŞ-nin  ədliyyə naziri Merrick Qarland, fentanil istehlakının ən əhəmiyyətli səbəbi olaraq göstərilən "Sinaloa" kartelinə böyük zərbə vurduqlarını ifadə edib.

Qarland açıqlamasında tutulanların dünyanın ən təhlükəli narkotik kartellərindən biri hesab edilən "Sinaloa" kartelinin iki qurucusundan biri olan İsmael Zambada Qarsiya və onun digər qurucusu “El Çapo”nun oğlu Lopesin olduğunu qeyd edib. Onlar Texas ştatının El Paso şəhərində həbs ediliblər və yaxın günlərdə hakim qarşısına çıxacaqlar.


 
Qeyd edək ki, ABŞ-də ən çox axtarışda olan narkotik tacirlərindən biri olan Sinaloa kartelinin aparıcı liderlərindən biri, 28 yaşlı Ovidio Quzman 2023-cü ilin fevralında Meksikanın şimalında yerləşən Kuliakan şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb və ABŞ-a ekstradisiya edilib. 
“El Çapo” ləqəbli Xoakin Quzman ötən ilin iyulunda ABŞ-ın Nyu-York ştatında aparılan iş üzrə ömürlük həbs cəzasına məhkum edilib.

2001 və 2015-ci illərdə Meksikada iki yüksək təhlükəsizlik həbsxanasından qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutularaq ABŞ-a ekstradisiya edilib.