Nazir: Somali hər zaman Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib

"Somali hər zaman Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib".
Sherg.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasından olan həmkarı Əhməd Moallim Fiqi Əhməd ilə Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

"Bu həm 30 illik münaqişə dövründə, həm 44 günlük müharibədə və daha sonra da Azərbaycanın suverneliyini ərazı bütövlüyünü dəstəkləyib, buna görə təşəkkür edirəm".

Nazir bildirib ki o, həmkarını azad olunmuş ərazilərdə quruculuq fəaliyyəti, mina problemi, və davam edən proseslər barədə məlumatlandırıb: "Mən, həmçinin, Ermənistan və Azərbaycan arasında normallaşma prosesi barədə məlumat verdim. Bu barədə ətraflı fikir mübadiləmiz oldu. Eləcə də keçmiş məcburi köçkünlərin Qarabağ və Şərqi Zəngəzura qayıdış prosesi barədə həmkarıma məlumat verdim”.