Türkiyə və Rusiya XİN başçıları Laosda görüşüb

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan Laosda keçirilən ASEAN ölkələri XİN başçılarının sammiti çərçivəsində təkbətək görüşüb.

APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, rəsmi foto çəkdirildikdən sonra görüş jurnalistlərin iştirakı olmadan davam etdirilib.

Eyni zamanda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi “Teleqram” kanalında danışıqlardan sonra mətbuat nümayəndələrinə geniş məlumat veriləcəyi barədə informasiya yerləşdirilib.