Ödənişli yollarda təhlükəsizlik qaydalarına riayət olunmur -Ekspert

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda qəza olub. “Sherg.az” APA-ya istinadən bildirir ki, yolun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində 3 avtomobil qəzaya uğrayıb. Öncə "Chery" markalı minik avtomobili idarəetməni itirərək aşıb. Daha sonra hadisə yerində dayanmaq istəyən "KİZ" markalı avtomobilə arxadan gələn "Chevrolet" markalı nəqliyyat vasitəsinə çırpılıb. Ümumilikdə 8 nəfər müxtəlif dərəcəli xəsarətlar alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yolunda qəzaların sayı durmadan artır. Mraqlıdır, buna səbəb nədir?

Məsələ ilə bağlı  danışam nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, ödənişli yolların təşkil olunmasının əsas məqsədi daha çevik hərəkəti təmin etməkdən ibarətdir:

''Lakin sürət həddi yüksək olan yollarda təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Təəssüf ki, bu şərtə əməl edən az sayda insan var. Sözügedən hadisədən göründüyü kimi, ödənişli yollarda təhlükəsizlik qaydalarına riayət olunmur. Bu kimi halların baş verməməsi üçün qeyd olunan sürət rejiminə əməl edilməlidir. Qeyd edim  ki, bu yolda nişanlarının sayı da olduqca azdır. Fikrimcə, belə magistral yollarda məlumatverici, xəbərdareci nişanlar həddindən artıq çox olmalıdır. Bununla da sürücülər sutkanın qaranlıq saatlarında həmin nişanları mövqe tutaraq hərəkət edə biləcəklər. İstənilən halda belə qəzaların baş verdiyi ərazilərə baxış keçirmək lazımdır ki, problemin səbəbini tapa bilək. Çünki artıq KİV-də baş verən qəzaların əksəriyyətinin ödənişli yollarda olduğunu müşahidə edirik. Ona görə də məsələyə həssas yanaşmaq vacibdir. Problemin əsas səbəbi araşdırılmalıdır. İndiki halda niyə məhz, qəzaların daha çox ödənişli yollarda baş verdiyi haqda fikir bildirmək çətindir".