Sezen Aksunu aldatdılar

Fırıldaqçılar pop-starın pulunu oğurladı

Türkiyənin məşhur müğənnisi, pop-star, 70 yaşı artıq tamam olmuş “minik sərçə” ləqəbli Sezen Aksu fırıldaqçıların toruna düşüb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, sənətçiyə İstanbulun Bəyoğlu Bələdiyyəsi başkanlığı adından bir nəfər zəng edərək kimsəsiz uşaqlar üçün yardım topladıqlarını deyib və Sezen Aksudan yardım kampaniyasında iştirak etməsini istəyib. Sahibsiz heyvanlara və kimsəsiz uşaqlara yardımlarda daim iştirak etməsiylə də tanınan yaşlı müğənni də etiraz etməyib və həmin şəxsin göndərdiyi bank hesabına 220 min TL göndərib, sonra daha 220 min TL də gpndərəcəyini, ümumilikdə 440 min TL yardım edəcəyini deyib. Lakin bir müddət sonra kampaniya barədə heç bir məlumat almayınca, müğənni şübhələnib. Sezen Aksunun assistenti Bəyoğlu Bələdiyyəsinə zəng edərək məsələni araşdırıb. Bələdiyyədən heç bir yardım kampaniyası keçirilmıdiyi bildirildikdə, müğənninin fırıldaqçıların toruna düşdüyü anlaşılıb. Sənətçi zəng edilən telefon nömrəsini, pul keçirdiyi bank hesabını qeyd edərək məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. Hazırda polis fırıldaqçıları axtarır.