Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Nigeriya Federativ Respublikasının Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos, Edo, Bayelsa, Delta, həmçinin ölkə ərazisinin digər ştatlarında qeydə alınmış yüksək patogen quş qripi xəstəliyi aradan qaldırılıb.
Belə ki, qeyd olunan inzibati ərazi vahidlərində WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, bu xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddəti başa çatıb və epizootik sağlamlıq statusu bərpa olunub.
Qida Təhlükəsizliyi Agentliyindən APA-ya verilən məlumata görə, bununla əlaqədar adıçəkilən ərazilərə tətbiq edilmiş məhdudiyyətlər aradan qaldırılıb.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.