Mənə sui-qəsd olsa, ABŞ bu ölkəni siləcək

İran mənə sui-qəsd etsə, ümid edirəm, ABŞ İslam Respublikasını yer üzündən siləcək.
Axar.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizəd Donald Tramp sosial media hesabında yazıb.
“Əgər onlar mənə sui-qəsd etsələr - bu, həmişə mümkündür - ümid edirəm, ABŞ İranı məhv edib, onu yer üzündən silər. Bu baş verməsə, Amerika liderləri cəsarətsiz qorxaqlar hesab olunacaqlar”, - Tramp bildirib.