Türkiyədən bunu gözləyirik - İrəvan

Ermənistan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi çərçivəsində əldə olunan bütün razılaşmaların yerinə yetirilməsinə sadiqdir və Ankaradan da bunu gözləyir.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

Qeyd edilib ki, hazırda Ermənistan və Türkiyənin xüsusi nümayəndələri arasında görüşlə bağlı konkret razılaşmalar yoxdur.

Ermənistan XİN Ankaradan üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılması məsələsində də oxşar hazırlıq və öhdəlik gözlədiyini vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin dekabrında İrəvan və Ankara münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələr təyin edib.