Baş barmağınız uzundursa…

Ayaq barmaqları nəyin göstəricisidir?

Belə insanlar yaradıcı, macəra sevən olur

  İnsanın ayaq barmaqları onun xarakterinin göstəricisidir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ayaq barmaqları nəinki xarakter haqqında, hətta nəsil-kök haqqında da ipucu verə bilir. Ayaqların hansı formada olması, barmaqlardan hansının digərlərinə nisbətən uzun olmasına diqqət edilməlidir. İnsanların fiziki göstəriciləri doğulduqları coğrafi məkana uyğun formalaşır. İnsanın yaşam tərzi də fiziki göstəricilərin şəkillənməsinə təsir edir. Müxtəlif adət-ənənələrə malik xalqlar arasında ayaq və əl barmaqlarının formasına görə insanın xarakterini müəyyənləşdirmək adəti hələ də qalmaqdadır. Ayağının altı düz olan adamlar etibarlı, cəld, işgüzar hesab edilir, sadiq dost və iş yoldaşı olurlar. Ayaq barmaqlarının ilk 3-ü uzun adamlara “Roma ayaqlı” deyilir. Bu cür ayaqlara sahib olanlar özünə inamlı, sosial, dostcanlı olur. Onlarda liderlik xüsusiyyətləri var. Cəmiyyətlə əlaqə qurmaq bacarığı olan, iddialı insanlardır. Onlar yeni tanışlıqlara açıqdırlar, dostlar qazanmaq, ünsiyyət qurmaq bacarığına sahibdirlər. Bu xüsusiyyətləri onlara hər sahədə uğur əldə etməyə imkan verir, arzularına çatmaq üçün heç nədən çəkinmirlər. Müstəqil çalışmağı sevirlər, amma komanda halında da işləyə bilirlər. Ayaqda ikinci barmaq digərlərindən uzundursa, bu, yunan ayaq formasıdır. Belə ayaq barmağına sahib insanlar yaradıcı, macəra sevən olur. Enerjilidirlər, yeni fikirlər, ideyalarla başqalarına stimul verirlər. Bu insanlar azad yaşamağı sevir, xoşrəftar, səmimi və şəfqətlidirlər. Ayağın baş barmağı digər barmaqlardan uzundursa, bu, həmin insanın liderlik xüsusiyyətindən, hökmlü xarakterə malik olduğundan xəbər verir. Ayaq barmaqları böyük olan insanlar aqressiv xarakterə malik, başqalarını nəzarət altında saxlamağa meyilli olanlardır.