Azərbaycanla sülh sazişinin vaxtıdır - ABŞ səfirliyi

Azərbaycanla sülh sazişi imzalamaq vaxtı çatıb.

Axar.az xəbər verir ki, bu fikirlər ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Ermənistanın yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüşlərdən birində səslənib.

Amerikanın Ermənistandakı səfirliyindən bildiriblər ki, nümayəndələr Ermənistan və Azərbaycan arasında uzunmüddətli və ləyaqətli sülhün bərqərar olması ilə bağlı müzakirələr aparıb. Vurğulanıb ki, Cənubi Qafqazın sosial və iqtisadi potensialını açacaq sülh sazişini imzalamağın vaxtı çatıb.

Xatırladaq ki, Bono İrəvanda səfərdədir.