Binəqədidə 2 nəfərə bıçaqla xəsarət yetirən 22 yaşlı gənc saxlanılıb

Binəqədidə 2 nəfər bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində qeydə alınıb.

Yaşadıqları evin yaxınlığında yerləşən kafenin qarşısında tanımadıqları şəxs tərəfindən aralarında yaranmış mübahisə zamanı 1990-cı il təvəllüdlü Alışov Pərviz Ağaverdi oğlu və 1999-cu il təvəllüdlü Mirzəyev Elcan Şahüseyin oğlu bıçaqlanıb.

2002-ci il təvəllüdlü İmanov Pənah Xanad oğlu şübhəli şəxs qismində saxlanılıb.

Fakt araşdırılır.