Goranboyda dəhşətli qətl: Qoca ər-arvad yaşadıqları evdə qətlə yetirilib





Goranboyun Qaradağlı kəndində qətl hadisəsi baş verib.
Goranboy rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Kənd sakini 1930-cu il təvəllüdlü Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə aşkarlanıb. Meyitlərin üzərində zorakılıq əlamətləri müşahidə olunub.
Hələlik hadisənin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.