QAT, Bakıya gələn ermənilərin qatıldığı konfransı dağıtmağa cəhd etdi

Polis qüvvələrinin həddindən artıq çox olması buna imkan verməyib


 Qarabağ Azadlıq Təşkilatının bir qrup üzvü erməni nümayəndələrinin də qatıldığı Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasının işini pozmaq üçün iclas keçirilən otelə daxil olmağa cəhd göstərib.

QAT-dan ANS PRESS-ə verilən məlumata görə, QAT-çılar bir neçə saat ərzində müxtəlif adlar altında niyyətlərini həyata keçirməyə çalışıblar, lakin polis qüvvələrinin həddindən artıq çox olması buna imkan verməyib.

QAT sədri Akif Nağı bildirib ki, cəhdlərimizi gün ərzində ayrı-ayrı qruplar şəkilində davam etdirəcəyik: "Bizim məqsədimiz aksiya keçirmək deyil, iclas zalına daxil olub, ermənilərin rədd olub getməsinə nail olmaqdır. Erməni nümayəndələrin Bakıya dəvət olunması adi məsələ deyil, bu gediş-gelişlərin artması, adi hala keçməsi Qarabağın işğaldan azad edilməsi şansını heçə endirir. Bunu ermənilər də, beynəlxalq təşkilatlar da gözəl bilir, ona görə də bu təşəbbüsləri edirlər. Biz bu prosesin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcəyik”, -deyə Akif Nağı söyləyib.